"Real"ın qapıçısı Tibo Kurtua yeni mövsümün startınadək sağalacaq
Operativ Media
"Real Madrid" klubunun qapıçısı Tibo Kurtuanın İspaniya çempionatının 2026/2027-ci illər mövsümünün startına qədər bərpa olunacağı gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Arança Rodriges məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tibbi müayinədən keçən 34 yaşlı belçikalı qolkiperin ciddi zədə almadığı müəyyənləşib.
Bundan əvvəl isə təcrübəli qapıçının 2026-cı il dünya çempionatında aldığı zədə səbəbindən yeni mövsümün ilk oyunlarını buraxacağı iddia edilirdi.
Xatırladaq ki, Tibo Kurtua Belçika və İspaniya yığmaları arasında baş tutan DÇ-2026-nın dörddəbir final mərhələsinin qarşılaşmasında (1:2) zədələnərək matçın 71-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net