Menyu

İran XİN başçısı: "Tehran həmişə Hörmüz boğazının qoruyucusu olub"

Operativ Media
İran XİN başçısı: "Tehran həmişə Hörmüz boğazının qoruyucusu olub"

Tehranın Hörmüz boğazına hər zaman nəzarət etdiyini bildirən İranın xarici işlər naziri Abbas Əraqçi bu nəzarətin gələcəkdə də davam edəcəyini bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə XİN rəhbəri özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

​Abbas Əraqçi paylaşımında ölkəsinin Hörmüz boğazının tarixi qoruyucusu olduğunu və bu statusu gələcəkdə də qoruyub saxlayacağını vurğulayıb.

​Bununla yanaşı, nazir ABŞ Prezidenti Donald Trampın sözügedən su arterialarına nəzarət etmək və təhlükəsizliyin təmin olunması müqabilində 20% rüsum tətbiq etmək barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, sözügedən rüsum faizinin həddindən artıq yüksək olduğunu qeyd edərək, rəsmi Tehranın bu məsələdə daha ədalətli mövqe nümayiş etdirəcəyini diqqətə çatdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər