"İmişli" Yusif İmanovu heyətinə qatdı
Əziz Əzizli
“İmişli” PFK heyətini Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov ilə gücləndirib.
Bu barədə Operativ Media-ya klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 23 yaşlı qolkiper bölgə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Karyerası ərzində “Sabah” FK, Kosovonun “Malişeva” klubu və “Kəpəz” PFK-nın formasını geyinən Yusif, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarında çıxış edib, həmçinin A milli komandamızın da şərəfini qoruyub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net