Sabir Zeynalov Çindəki turnirdə gümüş medal qazanıb
Operativ Media
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Ali Can Özcana uduzub.
O, 1/8 finalda rusiyalı Timur Baitimirov, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonovu məğlub edib.
Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net