DSMF-yə altı ayda 229 mindən çox vətəndaş müraciəti daxil olub
Operativ Media
2026-cı ilin ilk altı ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə 229 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar-iyun aylarında Fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 229 425 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 91 034-ü pensiya, 58 147-si müavinət, 9 074-ü Prezident təqaüdü, 37 723-ü ünvanlı dövlət sosial yardımı, 7 965-i fərdi uçot və sosial sığorta, 669-u dövlət icbari şəxsi sığorta, 24 813-ü isə digər məsələlərlə bağlı olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net