“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi tamamlanıb
Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə 12-ci Nazirlər İclasında texniki-iqtisadi əsaslandırma uğurla tamamlanıb və layihənin rəsmi olaraq inkişaf mərhələsinə keçidi təsdiqlənib.
Operativ Media xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
O bildirib ki, layihənin Avropa İttifaqının qarşılıqlı maraq kəsb edən layihələr üzrə 3-cü siyahısına daxil edilməsinə dəstək məqsədilə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış birgə məktubu imzalayıblar.
"Birgə səylərimiz bu strateji təşəbbüsün həyata keçirilməsini sürətləndirəcək, Avropanın enerji təhlükəsizliyi|in möhkəmləndirilməsinə, yaşıl enerji keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək", - deyə nazir qeyd edib.