Menyu

"Seltik"in baş məşqçisi Kamilo Duran transferini təsdiqlədi

Əziz Əzizli
"Seltik"in baş məşqçisi Kamilo Duran transferini təsdiqlədi

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini təsdiqləyib.

Operativ Media bu barədə BBC-yə istinadən xəbər verir. Təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına bildirib.

“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir. Əgər bunu bu axşam (dünən axşam - red.) başa çatdırmasa, sabah səhər tamamlayacaq”, - deyə O’Nil bildirib.

Beləliklə, Kamilo Duranın artıq "Seltik"in düşərgəsində olduğu rəsmən təsdiqini tapıb.

Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödəyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər