Menyu

Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Operativ Media
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkmənistan arasında ticarət, investisiya sənaye üzrə işbirliyinin təşviqi və biznes əlaqələrinin gücləndirilməsi müzakirə olunub.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan və Tükmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə görüşdük. Komissiyanın fəaliyyətində səmərəliliyin yüksəldilməsi, ticarət, investisiya sənaye üzrə işbirliyinin təşviqi və biznes əlaqələrinin gücləndirilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər