Yaşıl Enerji Dəhlizinin nazirlər görüşü başlayıb
Bakıda Yaşıl Enerji Dəhlizinin 12-ci nazirlər görüşü keçirilir.
Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin yüksək səviyyəli nümayəndələri iştirak edir.
İclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanın İqtisadiyyat və Energetika Nazirliyinin dövlət katibi Andraş Tot və Rumıniyanın energetika naziri Kristian Buşoi də təmsil olunurlar.
Tədbir çərçivəsində Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması müzakirə olunur, həmçinin layihənin növbəti mərhələləri üzrə fəaliyyət planı hazırlanacaq.
Qeyd edək ki, 17 dekabr 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq" haqqında dördtərəfli saziş imzalanıb. Saziş Cənubi Qafqaz və Avropa arasında enerji təchizatı mənbələrinin şaxələndirilməsini, enerji təhlükəsizliyinin gücləndirilməsini və regionun strateji əhəmiyyətinin artırılmasını nəzərdə tutan yeni yaşıl enerji marşrutunun yaradılmasını hədəfləyir.