Azərbaycandan 23,2 milyon dollarlıq pambıq ipiliyi ixrac edilib
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədən 23,2 milyon dollar dəyərində 10,4 min tondan çox pambıq ipliyi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, həcm baxımından isə 2,6 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən dəyəri 1,498 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 19,2 faiz üstələyir. Hesabat dövründə pambıq ipiliyi ixracının xüsusi çəkisi 1,55 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net