Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Operativ Media
İyulun 7-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net