Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Operativ Media
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 12-də ölkəmizin Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub.
Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.