WUF13-də könüllü olmaq istəyənlər üçün qeydiyyat başlayıb
Operativ Media
Bakıda keçiriləcək ən böyük beynəlxalq tədbirlərdən biri olan WUF13-də könüllü olmaq üçün qeydiyyat başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə WUF13-ün “X” hesabında paylaşım edilib.
Müraciət etmək istəyənlər volunteers.wuf13.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Könüllülər tədbir boyunca iştirakçıların qarşılanması, qeydiyyat və məlumat masalarında yardım göstərilməsi, müxtəlif sessiya və sərgilərin təşkilinə dəstək verilməsi, həmçinin mədəni proqramların icrasında iştirak edəcəklər.
Qeyd edək ki, qeydiyyat 10 dekabr 2025-ci il tarixinə qədər açıqdır.
Əlavə məlumat üçün:
Çağrı Mərkəzi: +994 12 535 26 26
Email: [email protected]
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net