Menyu

İstilik mövsümünün başlama tarixi açıqlanıb

Ayşən Sadıxzadə
İstilik mövsümünün başlama tarixi açıqlanıb

Adətən hər il ölkədə istilik mövsümü noyabrın 15-dən başlayır. Lakin bu il noyabr ayı olmasına baxmayaraq, havalar hələ də mülayim və isti keçir. Bu səbəbdən bir çoxlarını maraqlandıran sual yaranır: istilik sistemi yenə ənənəvi tarixdə – noyabrın 15-dən işə salınacaqmı, yoxsa hava şəraitinə uyğun olaraq bu tarix dəyişdiriləcək?

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Operativ Media-ya bildirib ki, bütün hallarda noyabrın 15-dən etibarən həm yaşayış binaları, həm məktəb və uşaq bağçaları, səhiyyə müəssisələri, eləcə də digər sosial və təsərrüfat obyektləri istiliklə təmin olunacaq.

“Bu qərar payız-qış mövsümünə hazırlıq çərçivəsində qəbul edilib və əhalinin fasiləsiz istilik təminatının təmin olunmasına yönəlib. İstilik sistemlərinin tam gücü ilə işləməsi üçün müvafiq qurumlar tərəfindən texniki baxış və sınaq işləri artıq başa çatdırılıb”, - o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər