FHN dumanlı hava şəraiti ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.
Nazirlikdən Operativ Media-ya verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.