Uitkoff Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib
Operativ Media
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ermənistanla münaqişənin həllində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.
Operativ Media xəbər verir ki, bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb.
Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.
Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş torpaqları qaytarmaq olub.
ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net