Ana səhifə / Cəmiyyət / Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb 06.11.2025, 10:00 Xəbərlər redaksiyası Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.