Menyu

Ankarada Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Operativ Media
Ankarada Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Türkiyənin paytaxtı Ankarada 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qarabağ zəfəri münasibətilə salam və təbriklərini çatdırıb, şəhidləri rəhmətlə anıb, qazilərə cansağlığı diləyib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və partiyanın digər üzvləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sabiq sədri Düsen Kaseinov, siyasətçi Sinan Oğan, digər tanınmış simalar, Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər