Menyu

Bakıda ilk dəfə çoxmərkəzli model qurulacaq - VİDEO

Əsəd Abbaslı
Bakıda ilk dəfə çoxmərkəzli model  qurulacaq - VİDEO

Bakıda ilk dəfə çoxmərkəzli inkişaf modeli yaradılacaq.

Operativ Media xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı reportajda Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov açıqlama verib.

Bildirilib ki, paytaxtda ilk dəfə tətbiq ediləcək “çoxmərkəzli model” layihəsi Bakı şəhərinin Baş planı əsasında həyata keçiriləcək.

Qeyd edilib ki, layihə çərçivəsində Mərdəkan, Sabunçu, Hövsan, Lökbatan və digər ərazilərdə yeni infrastruktur mərkəzlərinin yaradılması planlaşdırılır.

Onun sözlərinə görə, hər bir mərkəzin öz inkişaf istiqaməti olacaq və əsas məqsəd şəhərdaxili gündəlik miqrasiyanın azalması, nəqliyyat sıxlığının azaldılması və paytaxtın balanslı inkişafının təmin edilməsidir.

Bakıda ilk dəfə belə model qurulur – TƏFƏRRÜATLAR AÇIQLANDI #AZTV

Posted by AZTV on Friday, October 10, 2025
" data-width="500" data-show-captions="true">
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər