İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib- YENİLƏNİB
Şəfa Hüseynli
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.
Sonra tədbirin yekun sənədləri imzalanıb.
İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.
***
13:02
Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.
Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma