Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşüb
Nərmin Qocamanlı
Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Nazirlər Kabinetindən Operativ Media-ya verilən məlumata görə, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net