Menyu

Bakıda külək müşahidə olunur - FAKTİKİ HAVA

Operativ Media
Bakıda külək müşahidə olunur  - FAKTİKİ HAVA

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 11:00-a olan məlumatında qeyd edilib

Belə ki, düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi müşahidə olunur, küləyin maksimal sürəti 21 m/s-ə çatır.

Ölkənin bəzi rayonlarında isə şərq küləyi üstünlük təşkil edib. Küləyin maksimal sürəti Goranboyda 19, Naftalanda 18, Culfada isə 17 m/s-dək güclənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər