Vətəndaşlara kredit kartı üzrə verilən məbləğ azaldılır - YENİ QAYDA
Redaksiya 3658 baxış
Azərbaycan Mərkəzi Bankı ölkədəki banklar tərəfindən vətəndaşlara ayrılan kredit kartı limitlərinin hesablanması qaydalarını dəyişir.
Operativ Media-nın əldə etdiyi məlumata görə, bununla əlaqədar banklara müvafiq məlumat göndərilib.
Belə ki, 1 iyul 2025-ci il tarixindən etibarən vətəndaşlara kredit kartının xətti üzrə maksimum 5 əməkhaqqı məbləği qədər kredit ayrılacaq. Yaxud, kreditin limiti vətəndaşın artıq kartından istifadə etdiyi məbləğə qədər endiriləcək.
Sözügedən məsələ ilə bağlı bankların bəziləri artıq müştərilərinə xəbərdarlıq ediblər.
Qeyd edək ki, yeni qayda kredit kartlarına aiddir. Kredit kartı istehlak kreditinə daxil hesab olunmur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net