Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Nərmin Qocamanlı
Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.
Müdafiə Nazirliyindən Operativ Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma