Azərbaycan millisinin toplanış üçün heyəti açıqlandı
Əziz Əzizli
Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Operativ Media xəbər verir ki, komandamız aprelin 6-dan 8-dək Bakıda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla ümumilikdə 15 futzalçıya dəvət göndərib.
- Emin Kürdov – Araz-Naxçıvan
- Rövşən Hüseynli – Astana (Qazaxıstan)
- Kamran Hacıyev – Baku Fire
- Novruz Kazıxanov – Araz-Naxçıvan
- Xəzər Ağalızadə – Araz-Naxçıvan
- Mirzə Əmirov – Neftçi İK
- Fərid Atakişiyev – Neftçi İK
- Tofiq Mikayılov – Baku Fire
- Oktay Rüstəmli – Baku Fire
- Murad Quluzadə – Baku Fire
- Nihad İsmayılov – Baku Fire
- Emil Həsənzadə – Neftçi İK
- Kənan Manafov – Baku Fire
- Nurlan Mehdizadə – Baku Fire
- Eldar Zeynalov – Neftçi İK
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net