Menyu

Elvin Məmmədov: "Fərqindəyik ki, vəziyyətimiz ürəkaçan deyil"

Əziz Əzizli
Elvin Məmmədov: "Fərqindəyik ki, vəziyyətimiz ürəkaçan deyil"

Bizi çempionatın ən təcrübəli baş məşqçisinə qarşı oyun gözləyir.

Operativ Media xəbər verir ki, bunu "CBC Sport" kanalına müsahibəsində "Səbail"in baş məşqçisi Elvin Məmmədov deyib.

O, komandanın hazırlığının əla olduğunu qeyd edib.

"Komanda olaraq hər şeyin fərqindəyik. Hazırlığımız əla vəziyyətdədir. Bizi çempionatın ən təcrübəli məşqçisinə və ən möhkəm komandasına ("Turan Tovuz ") qarşı oyun gözləyir. Komanda şəklində əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Gənc mütəxəssis futbolçuların fiziki durumu haqqında da danışıb.

"Hər şey qaydasındadır. Çempionatın sonlarına doğru gedirik. Fiziki durumdan şikayətimiz yoxdur. Futbolçular özlərini yaxşı hiss edirlər".

Elvin Məmmədov "Səbail"in Premyer Liqada qalacağına inandığını bildirib.

"Şəxsən biz "Səbail" olaraq böyük bir ailəyik. Fərqindəyik ki, dururumuz ürəkaçan deyil. Amma , inamımız böyükdür və sona qədər mübarizəmizi davam etdiririk. Maksimum xallar yığıb Premyer Liqada qalmaq istəyirik.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər