Menyu

FİFA prezidenti İnfantino Rusiyanın geri dönəcəyinə ümid etdiyini bildirib

Əziz Əzizli
FİFA prezidenti İnfantino Rusiyanın geri dönəcəyinə ümid etdiyini bildirib

FİFA prezidenti Canni İnfantino UEFA-nın Belqradda keçirilən Konqresində dialoqun əhəmiyyətindən, Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakının mümkün bərpasından danışıb.

Operativ Media bu haqda "RİA Novosti"yə istinadən xəbər verir.

"Dünyamız parçalanma ilə üzləşir və biz insanları birləşdirmək üçün bütün imkanlardan istifadə etməliyik. Hazırda Ukraynada sülh yolu ilə nizamlanma üzrə danışıqlar aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə biz növbəti addımı, Rusiyanı yenidən futbol ailəsinə qaytara biləcəyik. Bu, münaqişənin sona çatmasının əlaməti olacaq".

2022-ci ilin fevralında FİFA və UEFA Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər