Menyu

FHN: Sədərəkdə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilən yanğın söndürülüb

Nərmin Qocamanlı
FHN: Sədərəkdə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistan Respublikası ilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilmiş yanğının baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər