Menyu

İsveç Ukrayna üçün Dünya Bankının təminatlarına əlavə 145,71 milyon dollar ayırır

Nicat Hüseynli
İsveç Ukrayna üçün Dünya Bankının təminatlarına əlavə 145,71 milyon dollar ayırır

İsveç hökuməti 2026-cı ildə Dünya Bankının Kiyev üçün yeni Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) böhran proqramına 145,71 milyon dollar ayırmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb.

Ukraynanın bərpası və yenidən qurulması üçün ümumi məbləği təxminən 437,12 milyon dollar təşkil edən yeni kreditlərin verilməsinə imkan verəcək.

"İsveçin ayırdığı əlavə maliyyə vəsaiti Dünya Bankının IDA Crisis Facility 2.0 çərçivəsində Ukrayna üçün həyata keçirilən xüsusi proqrama yönəldiləcək. Bu töhfə Ukraynaya təqdim olunacaq kreditlərin həcmini təxminən üç dəfə artırmağa imkan verəcək. İsveç hökuməti cari il mayın 29-da da Dünya Bankına maliyyə zəmanəti təqdim edib. Həmin zəmanət mexanizmi vasitəsilə Ukraynaya ümumi məbləği təxminən 260,19 milyon dollar təşkil edən yeni kreditlərin ayrılması mümkün olub", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər