Menyu

İlham Əliyev: Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik

Əsəd Abbaslı
İlham Əliyev: Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik

Biz bu gün (Pakistanın Baş naziri ilə - red.) müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var.

Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Pakistanın biznes forumunda deyib.

“Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz digər sahələrdə də çox böyük potensial görürük.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər