Menyu

Bu il hansı fənn müəllimləri sertifikasiyaya cəlb olunacaq?

Nərmin Qocamanlı
Bu il hansı fənn müəllimləri sertifikasiyaya cəlb olunacaq?

2025 və 2026-cı illərdə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb ediləcək yeni fənlər müəyyənləşdirilib.

Operativ Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev 2025-ci il üzrə sertifikatlaşdırma planına biologiya, kimya, fizika, coğrafiya informatika fənlərinin daxil olacağını deyib. O bildirib ki, 2026-cı il üzrə sertifikatlaşdırma planına tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri daxildir.

Nazir qeyd edib ki, 2026-cı ilin sonuna qədər əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək: “Bu addım müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına təkan verməklə yanaşı, onların əməkhaqqı sisteminə də təsir göstərir. Gələcək illərdə prosesin daha da genişləndirilməsi planlaşdırılır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər