Ceyhun Bayramov: Ermənistan XİN rəhbəri ilə növbəti görüş barədə hələlik razılaşma yoxdur
Nərmin Qocamanlı
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparır.
"Operativ Media" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, sülh sazişi ilə bağlı iki maddə üzrə tam razılaşma əldə edilməyib, danışıqlar gedir: “Ermənistanın konstitusiyasında və hüquqi sənədlərində hələ də Azərbaycan torpaqlarına iddialar var. Bunlar həllini tapmalıdır”.
Xarici işlər nazirinin sözlərinə görə, növbəti görüşün yeri və vaxtı barədə hələlik razılaşma yoxdur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma