Ərdoğan Azərbaycana yeni səfir təyin edib
Redaksiya
Türkiyə prezidentinin qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Operativ Media" xəbər verir ki, dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.
Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.
Prezidentin qərarına görə əsasən xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib. Eyni zamanda Ferhat Alkan Türkiyənin Mozambik Respublikasında səfiri, Prezidentin baş müşaviri Yakup Caymazoğlu isə İordaniya Haşimilər Krallığında səfir təyin olunublar. Eyni zamanda dövlət başçısı Kuba və BƏƏ-yə də yeni səfirlər təyin edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net