ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bağlanılmasına "ümidverici əlamətlər" görür
"Operativ Media" xəbər verir ki, bu barədə səfir Mark Libbinin videomüraciətində bildirilir.
“İnanıram ki, əlavə səy və siyasi cəsarətlə hər iki tərəf ləyaqətli və davamlı sülhü təmin edəcək sazişi imzalaya bilər. Belə bir saziş sülhü, sabitliyi, həm də bu regionda yaşayan xalqların rifahını təmin edəcək, bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək”.
Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Happy New Year! To welcome 2025 and to mark Azerbaijan’s International Solidarity Day, we are pleased to share this message from Ambassador Libby. The embassy wishes you all peace, prosperity, and happiness in the year ahead!
— U.S. Embassy Baku (@USEmbassyBaku) December 31, 2024
****************
Yeni iliniz mübarək! 2025-ci ilin… pic.twitter.com/ciQf06MYTF