Baş Direktor NATO nümayəndələri ilə görüşüb
Əsəd Abbaslı
Bu barədə "Operativ Media"a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib.
Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb.
Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net