Menyu

Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Operativ Media
Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Gəncədə 11, Şəmkir, Sarıbaş (Qax), Balakən, Oğuzda 4, Şəkidə 2, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.

İyulun 16-da bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Gəncədə 20, Culfada 19 m/s-yə çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər