Menyu

"Karvan"ın baş məşqçisi 5 oyunluq cəzalandı

Əziz Əzizli
"Karvan"ın baş məşqçisi 5 oyunluq cəzalandı

"Operativ Media" xəbər verir ki, komitə sərt cəzalara əl atıb.

Qarşılaşma bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyunluq cəzalanıb, klubunu 300 manat ziyana salıb. Yevlaxlıların digər üzvü Bəhruz Teymurov da hakimləri təhqir etdiyinə görə eyni sanksiya ilə üzləşib və o da “Karvan”ın 300 manat cərimələnməsinə səbəb olub.

“Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyunluq cəzalanıb, komanda 400 manat cərimələnib.

Bundan başqa, “Karvan”ın baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb, klubunu 400 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib

Teqlər:

"\"Karvan\"\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi 5 oyunluq c\u0259zaland\u0131"

Əlaqəli Xəbərlər