Menyu

Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarı ilə telefonla danışıb

Əsəd Abbaslı
Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarı ilə telefonla danışıb

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər