Menyu

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Nərmin Qocamanlı
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitində daha diqqətli olmalıdır. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar. 

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.

Teqlər:

"Ba\u015f D\u00f6vl\u0259t Yol Polisi \u0130dar\u0259si \u0259lveri\u015fsiz hava \u015f\u0259raiti il\u0259 ba\u011fl\u0131 s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər