Menyu

Azərbaycan Ordusunda müxtəlif bölmələrin taktiki-xüsusi təlimləri keçirilib - VİDEO

Nərmin Qocamanlı
Azərbaycan Ordusunda müxtəlif bölmələrin taktiki-xüsusi təlimləri keçirilib - VİDEO

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib. Həmçinin düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.

Teqlər:

"Az\u0259rbaycan Ordusunda m\u00fcxt\u0259lif b\u00f6lm\u0259l\u0259rin taktiki-x\u00fcsusi t\u0259liml\u0259ri ke\u00e7irilib - V\u0130DEO"

Əlaqəli Xəbərlər