"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Nərmin Qocamanlı
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlimin planına əsasən, hər iki ölkənin dəniz xüsusi təyinatlı bölmələri kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla zərərsizləşdirilməsi, həmçinin şərti düşmənin hədəf gəmisinə sualtı gizli yaxınlaşaraq xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqları yerinə yetiriblər.
Birgə təlimdə əsas diqqət hərbi qulluqçuların nəzəri biliklərinin artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net