Menyu

Elvin Camalov 250-ə çatdı

Əziz Əzizli
Elvin Camalov 250-ə çatdı

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.

Teqlər:

"Elvin Camalov 250-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər