Azərbaycan cüdoçuları dünya kata çempionatında iştirak edəcəklər
Əziz Əzizli
Azərbaycan cüdoçuları noyabrın 9-10-da ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcəklər.
"Operativ Media" xəbər verir ki, Nage-no-katada Malik Alahverdiyev (tori, hücum edən idmançı), Samir İsmayılov (uke, hücum edilən idmançı) İsmayıl Rzayev (tori), İbrahim Aslanov (uke), katame-no-katada Rafiq Nəcəfov (tori), Əmrah Əhmədov (uke) çıxış edəcəklər.
32 ölkədən 282 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndləri nümayiş etdirəcəklər.
Teqlər:
"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 d\u00fcnya kata \u00e7empionat\u0131nda i\u015ftirak ed\u0259c\u0259kl\u0259r"