Azərbaycan PL-də son 8 mövsümün antirekordu qeydə alınıb
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 12-ci turu aşağı məhsuldarlıqla əlamətdar olub.
"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş tutan 5 görüşdə 5 qol vurulub.
Yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü qolsuz bitib. Turda orta məhsuldarlıq 1,00-a bərabər olub.
Bu, son 8 mövsümün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.
Teqlər:
"Az\u0259rbaycan PL-d\u0259 son 8 m\u00f6vs\u00fcm\u00fcn antirekordu qeyd\u0259 al\u0131n\u0131b"