Menyu

Mahir Emreli növbəti dəfə fərqləndi

Əziz Əzizli
Mahir Emreli növbəti dəfə fərqləndi

Bu gün Almaniya 2-ci bundesliqasında 11-ci turun oyunları davam etdirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfər matçında “Hamburq”la qarşılaşır. 

Oyun Bakı vaxtı ilə saat 16:30-da başlanıb. M.Emreli əsas heyətdə yer alıb.

M.Emreli 63-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1. Bu, onun komandasında ardıcıl 4 oyunda 4-cü qolu olub (3-ü Liqa, 1-i kubok oyununda).

65-ci dəqiqədə o, sarı vərəqə alıb. 68-ci dəqiqədə isə Emreli Lukas Shhemilerlə əvəzlənib. Bu zaman onun məyusluğu diqqət çəkib.

Oyun davam edir.

Teqlər:

"Mahir Emreli n\u00f6vb\u0259ti d\u0259f\u0259 f\u0259rql\u0259ndi"

Əlaqəli Xəbərlər