Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
Əziz Əzizli
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.
"Operativ Media" xəbər verir ki, kişilərdən ibarət komandamız Yunanıstanla xalları yarı bölüb. Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.
Qadınlardan ibarət millimiz isə İsveçrəni məğlub edib - 4:0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.
Teqlər:
"\u015eahmat Olimpiadas\u0131: Daha bir q\u0259l\u0259b\u0259 v\u0259 bir he\u00e7-he\u00e7\u0259"