Menyu

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Əziz Əzizli
Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

"Operativ Media" xəbər verir ki, 30 yaşlı idmançımız Gürcüstanın Batumi şəhərində təşkil olunan “Grand Bellagio Championship-2”də iştirak edib.

Nəbiyev reytinq xarakterli döyüşdə Uqanda təmsilçisi Umar Semata ilə qarşılaşıb. Yeddiqat dünya və üçqat Avropa çempionu olan idmançımız bu qarşılaşmada qalib gəlib. Bu, Alimin peşəkarlar arasında 64-cü döyüşdə 56-cı qələbəsi olub

Teqlər:

"Az\u0259rbaycan kikboks\u00e7usu G\u00fcrc\u00fcstanda qalib g\u0259ldi"

Əlaqəli Xəbərlər