Ana səhifə / Dünya / Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər 13.04.2024, 09:05 Nərmin Qocamanlı Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb. "Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armeniya" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb. Tonoyan bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur. Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Teqlər: "Erm\u0259nistanda h\u0259rb\u00e7il\u0259r n\u00f6vb\u0259ti d\u0259f\u0259 q\u0259zaya d\u00fc\u015f\u00fcbl\u0259r"