İndoneziyada Dukono vulkanı püskürüb
İndoneziyanın Şimali Maluku əyalətindəki Halmahera adasında Dukono vulkanının püskürməsi qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, kül vulkanın kraterindən 1,3 km yuxarı qalxaraq dəniz səviyyəsindən 2387 metr yüksəkliyə çatıb. Ağ və boz kül püskürmələri şimal-qərbə yayılıb. Vulkanologiya mərkəzi yaxınlıqdakı ərazilərin sakinlərini və turistləri vulkanın kraterindən 4 km radiusda qalmağa və tənəffüs sistemlərini vulkanik küldən qorumaq üçün maska taxmağa çağırıb.
Qeyd edək ki, dünyanın ən böyük arxipelaqı olan İndoneziya arxipelaqı 18.000 adadan ibarətdir və Sakit Okeanın "Adlı Halqa" adlanan hissəsində yerləşir və bu da bölgəni intensiv seysmik aktivliyə meylli edir. İndoneziyada təxminən 130-u aktiv olan 500-dən çox vulkan var