Menyu

Bakı məktəblərində 350-yə yaxın təhsil müəssisəsi kağız jurnallardan imtina edib

Operativ Media
Bakı məktəblərində 350-yə yaxın təhsil müəssisəsi kağız jurnallardan imtina edib

2025-ci ilin fevralından pilot layihə kimi başlayan “Rəqəmsal məktəb” platforması artıq Bakıdakı 350-yə yaxın ümumi təhsil müəssisəsində tam istifadəyə verilib.

Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində bildirib.

Vurğulanıb ki, təhsilin idarə olunmasını avtomatlaşdıran bu yenilik sayəsində məktəblərdə kağız jurnallardan imtina edilərək qiymətləndirmə, davamiyyət və nizam-intizam qeydləri tam elektron formata keçirilib.

Valideynlər www.reqemsal.edu.az saytı və ya fərdi kabinet vasitəsilə övladlarının dərslərini, qiymətlərini və davamiyyətini canlı izləyə, məktəb rəhbərliyi ilə onlayn əlaqə saxlaya bilirlər. Platforma üzərindən keçirilən sorğularda 200 mindən çox valideyn iştirak edərək məktəb mühitini, 36 min valideyn isə müəllim fəaliyyətini qiymətləndirib.

Platforma vasitəsilə şagirdlərin summativ qiymətləndirmə nəticələrinin təhlili aparılır ki, bu da akademik geriləmələrin vaxtında aşkarlanmasına və dəstək tədbirlərinin görülməsinə şərait yaradır. Növbəti tədris ilindən etibarən layihənin coğrafiyası genişlənərək Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Abşeronu da əhatə edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər